Milli Məclisin deputatları Almaniyaya gedir


Digərləri 19 Fev 2018 11:17:00 228 0

Milli Məclisin deputatları Almaniyaya gedir

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş simpozium keçiriləcək.

Bakı. Elçin Mehdiyev – Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər. Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.