Videotəkrar sisteminin təhcizatçısı “Manchester United”dən üzr istədi


İdman 19 Fev 2018 10:51:00 254 0

Videotəkrar sisteminin təhcizatçısı “Manchester United”dən üzr istədi

Futbolda videotəkrar sisteminin təhcizatçısı “Hawkeye” şirkəti İngiltərənin “Manchester United” klubundan üzr istəyib. 

Goal.az-ın məlumatına görə, üzrxahlıq ölkə kubokunda “Huddersfield”lə 1/8 final oyunu zamanı baş vermiş insidentlə əlaqədar olub.  “Hawkeye” tərəfindən “BT Sport”a təqdim olunan görüntüdəki texniki səhv yanlış qrafikə səbəb olub. Buna görə üzr istəyirik” deyə VAR rəhbərliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, sözügdən oyunda “Manchester United”in futbolçusu Xuan Matanın qaydalar çərçivəsində vurduğu qol ləğv olunub. Baş hakim meydanın kənarındakı monitorda görüntüyə baxdıqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar qəbul edib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” 1/4 finala vəsiqə qazanıblar.