BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər VİDEO FOTO


Digərləri 19 Fev 2018 10:23:00 234 0

BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər  VİDEO  FOTO

Britaniyanın paytaxtı Londondakı "Royal Albert Hall"da Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (British Academy of Film and Television Arts, BAFTA) təsis etdiyi mükafatların təqdimat mərasimi keçirilib.

Son.az The Guardian-a istinadən bildirir ki, 71-ci BAFTA mərasiminin triumfatoru britaniyalı rejissor Martin Makdohanın "Three Billboards Outside Ebbing, Missouri" filmi olub. 9 nominasiyada mükafata iddialı olan lent 4 nominasiyada qalib gəlib.

"Ən yaxşı orijinal ssenarili film" və "Ən yaxşı film" seçilən lentdə baş rol oynamış Frensis Makdormand "Ən yaxşı qadın rolu", Sem Rokuell "Arxa planda ən yaxşı kişi rolu" mükafatlarna layiq biliniblər.

"Darkest Hour" bayopikində Uinston Çörçill rolunu oynamış Qeri Oldmen "Ən yaxşı kişi rolu" mükafatını alıb.