Abşeronda çörək sexində partlayış olub, 3 nəfər ağır yaralanıb FOTO


Digərləri 19 Fev 2018 09:27:47 222 0

Abşeronda çörək sexində partlayış olub, 3 nəfər ağır yaralanıb  FOTO

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.


Xəbərə aid fotolar