Şəbnəmin 208 manat borcu, Rəqsanənin nikah kağızları, sevgilisinin aktrisanı döyməyi və gecikmiş ziyarət


Şou-biznes 19 Fev 2018 09:15:00 253 0

Şəbnəmin 208 manat borcu, Rəqsanənin nikah kağızları, sevgilisinin aktrisanı döyməyi və gecikmiş ziyarət

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (159-cu say) təqdim edir.

Sənət adamlarının hər cür biabırçılığını görmüşdük, qalmışdı efirə borclu olduğu insanın zəng vurmağı. Səadət adlı qadın canlı yayımda müğənni Şəbnəm Tovuzludan 208 manat borcunu istəyib. Sənətçi də eləmə tənbəllik, deyib ki, sizə ayıb olsun, mən sizə 4-5 min manat xeyir vermişəm. Ardınca əlavə edib ki, gəlib pulunu da verəcəm, cavabını da. Bu da mədəni təhdid. Məntiqə baxın e. Təsəvvür edin ki, hansısa supermarketdən hər gün bazarlıq edirsiniz. Günlərin birində 200 manatlıq bazarlıq edib, pulunu vermədən aradan çıxmaq istəyəndə, sizdən soruşurlar ki, ayə, hara gedersən, ayə? Sən də cavab verirsən ki, sizdən hər gün bazarlıq edirəm, məgər indi 200 manatlıq mal "atmağa" ixtiyarım yoxdur?

Vasif Məhərrəmliyə efirdə xatırladıblar ki, hansısa tamaşaçını söymüsən. O da deyib ki, əcəb etmişəm. Bu xəbəri şərh etmirəm, hər kəs ürəyində, yaxud da şərhlərdə etik çərçivələri qorumaq şərtiylə şərh edər.

Rəqsanə də nikah kağızını sosial şəbəkədə paylaşıb. Deyib ki, o, vətəndaş nikahında yox, rəsmi nikahda yaşayır. Təklif edərdim ki, öncəki münasibətlərinin də rəsmi nikah fotolarını paylaşsın. Sizcə mümkündürmü?