Meksikada zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib


Dünya 19 Fev 2018 08:58:00 284 0

Meksikada zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib

Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, fövqəladə vəziyyət rejimi bu rayonlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə imkan verəcəkdir.