İsrail Qəzza zolağına raket zərbəsi endirib


Dünya 19 Fev 2018 08:33:17 243 0

İsrail Qəzza zolağına raket zərbəsi endirib

Ötən bazar İsrail Qəzza zolağından iki dəfə raket atəşinə məruz qalıb

İsrail aviasiyası bazar günü raket atəşinə cavab olaraq Qəzza zolağındakı yerüstü infrastruktura zərbə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İsrail ordusu öz "Twitter" səhifəsində məlumat yerləşdirib.

"İsrail silahlı qüvvələri israillilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətlərini davam etdirəcəklər. "Hamas" hərəkatı Qəzza zolağında həm yerin üzərində, həm də onun altında baş verən hər şeyə görə məsuliyyət daşıyır", - deyə məlumatda qeyd olunur.

Ötən bazar İsrail Qəzza zolağından iki dəfə raket atəşinə məruz qalıb.