Quterreş İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib


Dünya 19 Fev 2018 08:24:00 207 0

Quterreş İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

BMT-nin baş katibi Antoniu Quterreş İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

O, bildirib: "Baş katib həlak olanların ailələrinə, İran İslam Respublikasının xalqına və hökumətinə səmimi başsağlığı verir".