Bakıda yolu keçən oğlanı maşın vurub


Digərləri 19 Fev 2018 08:28:00 207 0

Bakıda yolu keçən oğlanı maşın vurub

Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.