Aşiq olduğu qıza öz qulağını kəsib, hədiyyə etmişdi İNANILMAZ GERÇƏKLƏR


Digərləri 19 Fev 2018 07:28:00 291 0

Aşiq olduğu qıza öz qulağını kəsib, hədiyyə etmişdi  İNANILMAZ GERÇƏKLƏR

Dünyaca məşhur olan, tarixə rəsmləri ilə öz damğasını vurmuş rəssamların haqqında çoxlu informasiya tapmaq mümkündür - onlar necə yaşayıb, öz qiymətli əsərlərini necə yaradıblar. Bir çoxları əksər hallarda rəssamların xarakterlərinin və sürdükləri həyat tərzinin özünəməxsus xüsusiyyətləri haqqında o qədər də düşünməyib. Halbuki, rəssamın tərcümeyi-halından və ya bu və ya digər rəsm əsərinin yaranma tarixindən xəbər verən bəzi faktlar olduqca maraqlı və diqqət çəkicidir. Son.az modern.az-a istinadən bu faktları təqdim edir.

Frida Kahlo

6 iyulda anadan olmasına baxmayaraq, öz doğum tarixini Meksikada çevrilişin baş verdiyi 7 iyul, 1910-cu il kimi bildirirdi. Çünki o, yaşamının modern Meksikanın yaranması ilə başlanmasını istəyirdi.

Xaraktercə qapalı olan Frida sağlıq problemləri ilə bağlı olaraq özünə bir az da qapanmışdı. O, hələ 6 yaşında ikən uşaq iflici ilə mübarizə aparıb və  9 ay otağından çıxmayıb. Frida bununla bağlı "hər şey ayağımın aşağısında əmələ gələn ağrı ilə başladı" deyirdi.

Bu məşhur rəssamın həyatı mübarizə aparmaqla keçib.1925-ci ildə ağır avtomobil qəzası keçirən Frida 32 dəfə cərrahi  əməliyyat keçirməli olub. Həkimlər onun gəzə bilməyəcəyini, hətta yaşama ehtimalının az olduğunu deyirdilər. Amma o, apardığı mübarizə ilə həyatda qalmağı bacardı. Frida bu hadisə ilə bağlı deyirdi:" Həyatda başıma gələn ən yaxşı şey, acı çəkməyə alışmağımdır".

Leonardo Da Vinci

Leanardo da Vinçi diqqət pozuqluğundan əziyyət çəkirdi. Hər işini yarımçıq buraxar, hər işə marağını tez itirərdi. Buna görə də çox rəsmləri yarımçıq qalmışdı. Rəssamı dünyaya tanıdan əsas rəsm əsəri Mona Lizadır. Bəzi araşdırmaçılar Da Vinçinin əsərlərində güzgü üsulundan istifadə etdiklərini bildirirlər. Belə ki, onun əlyazmalarını yalnız güzgü vasitəsilə oxumaq mümkündür. 

Mikelancelo