Yaponiyada güclü qar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb


Dünya 19 Fev 2018 05:58:42 236 0

Yaponiyada güclü qar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Sonuncu ölüm halı fevralın 18-də qeydə alınıb

Fevral ayında Yaponiyanın Fukui prefekturasına yağan güclü qar nəticəsində 10-dan çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli NHK ictimai televiziyası məlumat yayıb.

Sonuncu ölüm halı fevralın 18-də qeydə alınıb. Bildirilir ki, 79 yaşlı kişi evinin damını qardan təmizləyən zaman yerə yıxılaraq ölüb.

Bu ay daha bir nəfər işlənmiş qazdan zəhərlənərək ölüb. Onun avtomobilinin səsboğucusu qarla dolub və bu da faciəyə gətirib çıxarıb.