Babək prospektində yolu keçmək istəyən qadını minik avtomobili vurub


Sosial 19 Fev 2018 02:43:58 254 0

Babək prospektində yolu keçmək istəyən qadını minik avtomobili vurub

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.