Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub


Sosial 19 Fev 2018 01:48:08 279 0

Bakıda piyadalar üçün müəyyən edilməyən yerdən yolu keçən oğlanı maşın vurub

Hadisəni törədən sürücü saxlanılıb

Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları faktla əlaqədar olaraq hadisəni törədən sürücünü saxlayıb.