Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib


Sosial 18 Fev 2018 23:33:27 325 0

Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib

O, bu məqsədlə özünü bıçaqlayıb

Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.