Yeni antibiotik familiyası


Digərləri 18 Fev 2018 23:20:00 287 0

Yeni antibiotik familiyası

ABŞ-ın Rokefeller Universitetinin elmi araşdırmaçıları, tədqiq etdikləri torpaq nümunələrində yeni və güclü bir antibiotik kəşf etdiklərini bildirirlər. Bəs, bu kəşf nə ilə əhəmiyyətlidir?

Son.az deyerler.org-a istinadən bildirir ki, tibb dünyası antibiotik həyəcanı üçün düyməni basdı və mütəxəssislər insanlığın mövcud antibiotiklərə qarşı müqavimətinin gedərək artdığı mövzusunda xəbərdar edir. Antibiotiklərə qarşı yaranan müqavimət artdıqca, yaxın bir zamanda sadə xəstəliklərin belə müalicə edilə bilməyəcəyindən narahatlıq edilir və alimlər bir tərəfdən də yeni antibiotik növləri üçün işlər aparır.

Bu araşdırmalardan bir nəticə də ABŞ elmi araşdırmaçılarından gəldi. Rokefeller Universitetinin araşdırma qrupu, torpaq nümunələrində yeni və güclü bir antibiotik familiyası kəşf etdi və bu təbii komponentlərin müalicəsi çətin xəstəliklərlə mübarizədə istifadə edilə biləcəyini ümid etdiklərini deyillər.

Aparılan araşdırmalar malasidin adı verilən yeni antibiotiklərin, bazardakı çoxu antibiotikə qarşı müqavimətli hala gələn bakteriyaları yox edə bildiyini göstərdi.