Sürünənlərdən qalma


Digərləri 18 Fev 2018 23:25:00 322 0

Sürünənlərdən qalma

İnsanlar əlbəttə, taksonomik olaraq balıq növü deyil. Ancaq insanlar da daxil olmaqla bütün yerüstü canlıların (məməlilərin, sürünənlərin və hətta yarı-kontinental olan qurbağa) ortaq əcdadları balıqlardı. Balıqlar sinfindən ayrılan bir qol, ilk dəfə 375 milyon il əvvəlki quru həyatına uyğunlaşmaqla təkamül edib. Bu qrup ilk növbədə Amfibilərə təkamül etdilər. Onlardan ayrılan bir qol sürünənlərə və həm də məməlilərə gedəcək olan qolları meydana gətirdi. Belələliklə sürünənlər sinfinin kiçik bir qolu, balıqlar sinfi ilə məməlilər sinfi arasında bir ara keçiddir. Bu müddətdə təkamül edən sürüngən xüsusiyyətləri, bütün nəvə növlərə, o nöqtədən sonra təkamül edəcək bütün məməlilərə və nəhayət biz insanlara da miras olaraq qalmışdı. Bəs bu sürüngən xüsusiyyətlərini bilirik? Biz onların mənşəyin bilirikmi? Gəlin bunlardan 7 xüsusiyyətə nəzər salaq.

1. Yumurta (Yolk) Kisəsi

Son.az yasilelm.com-a istinadən bildirir ki, biz insanlar plasentalı məməli heyvanlardanıq. Doğaraq çoxalırıq. Lakin bu, bala verdiyimiz zamanda atalarımızdan qalma əlamətlərin olmadığı demək deyil. Yumurta kisəsi, sürünən atalarımızdan qalma ən görkəmli xüsusiyyətlərindən biridir. Bu kisənin məqsədi bətndə inkişaf edən embrionu qidalandırmaqdı. Bu kisələrin 300 milyon il əvvəl təkamül etdiyi düşünülür.O dövrdə yaşamış amfibiyalılar və sürünən atalarımızda bu kisələr, quruda yaşamağa bir uyğunlaşma olaraq təkamül etmişdi. Amniot təbəqəsi ilə birlikdə, bu yumurta kisəsi, okeanların yerinə yerüstü mühitdə yumurtaların quruyaraq məhv olmasına mane olurdu. Biz artıq yumurta ilə çoxalmasaqda bu kisə embrionlarımızı qidalandırmağa davam edir.

2. Güclü dəri Qalın dərilər məməlilərin fərqli xüsusiyyətlərindən deyil, onun bilinən xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət, sürünən atalarımızın quru mühitində verdiyi ən erkən həyat mübarizəsinin məhsuludur. 300 milyon il əvvəl quraq mühitdə yaşamağa başlayan sürünənlərdə, bu quraqlıqla mübarizədə dəriləri qalınlaşmağa başlamışdı. Bu qalın dərilərin vəzifəsi, ölü dəri hüceyrələrindən baryer yaradaraq, bədəndəki suyun xarici mühitdə itirilməsinin qarşısını almaq üçün mane yaratmaqdır. Bu ölü dəri hüceyrələri, canlı olanların üzərində yığılaraq qalın müdafiə rolunu inkişaf etdirmişlər. Bu qatlaşmış dəri strukturu bizlərə sürünən atalarımızdan qalmışdı.

3. Başımızın (və digər yerlərimizdə) olan tüklər Tüklər, məməlilərin fərqləndirici xüsusiyyətidir. Ancaq bu tüklərin ən erkən formaları ilk növbədə sürünənlərdə təkamül etmişdi. 245 milyon il bundan əvvəl yaşayan Thrinaxodon kimi sürünənlərin cəsədində, "bığ" deyə deyə biləcəyimiz tüklər inkişaf etmişdir. Bu tüklərin vəzifəsi, qaranlıq oyuqlarda və quyularda ətrafında baş verənləri təyin etməkdir. Bu sadə strukturlu tüklər, 20 milyon illik dövr ərzində təkamül edərək bədəni əhatə etməyə başlayıb. Burada sürünənlərin bu soy xəttindən, tükləri ilə ayrd edilə bilən məməlilər sinfinin ilk üzvləri inkişaf etmişdir.