Xaçmazda yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb


Sosial 18 Fev 2018 23:02:31 308 0

Xaçmazda yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb

İki nəfər sərnişinin cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarılıb

Xaçmaz rayonunun Ağyazı Buduğ kəndində "KamaAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfər sərnişinin (şəxsiyyətləri məlum deyil) cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.