Sumqayıtda gənc qadın möhkəm döyülüb


Digərləri 18 Fev 2018 22:51:00 260 0

Sumqayıtda gənc qadın möhkəm döyülüb

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil. Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.