Üzüm yarpağı bu xəstəliklərdən qoruyur


Digərləri 18 Fev 2018 22:55:00 312 0

Üzüm yarpağı bu xəstəliklərdən qoruyur

Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı dırmaşan bitkidir. Üzüm sirkə, və spirtli içki istehsalında da geniş istifadə olunur. Həmçinin tibdə də istifadə edilir və vitamin və minerallarla zəngindir.

Bundan əlavə üzüm yarpağının da faydaları çoxdur.

Yeməklərdə tez-tez istifadə edilən yarpağın tərkibində mövcud olan A vitamini ilə göz sağlamlığınızı qoruya bilərsiniz. Həmçinin dəmir ilə zəngin olan yarpaq qansızlığın qarşısını alar.

Hansı xəstəliklərin qarşısını alır?

Son.az immunitet.az-a istinadən bildirir ki, ilk olaraq ağla qansızlıq xəstəliyi kimi bilinən anemiya gəlməlidir. Çünki tərkibindəki dəmir qırmızı qan hüceyrələrində hemoqlabinin yaranasında mühüm rola sahibdir.

Göz xəstəliklərinə də müsbət təsir göstərir. Gözləri proteinlə təmin edir. İmmunitet sistemini qoruyur, tez qocalmağın qarşısını alır.

Bağırsaq sistemindəki problemlərə kömək edir. Eyni zamanda baş ağrısının sakitləşməsini təmin edir. Bunun üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qədər qaynadıb suyunu içə bilərsiniz.