3 yaşlı Zəhranın ölümünün istintaqı Komitə sədrinin


Dünya 18 Fev 2018 22:46:00 291 0

3 yaşlı Zəhranın ölümünün istintaqı Komitə sədrinin

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq baxçasında donaraq ölən üç yaşlı azərbaycanlı qızın cinayət işininin istintaqını şəxsi nəzarətinə götürüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintiq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Yeni Moskvada yerləşən uşaq baxçasında 3 yaşlı Zəhra Rzayevanın ölməsi ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 109.2-ci (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) və 293-cü maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparıldığı bildirilib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məlum cinayət işlərinin istintaqını şəxsi nəzarətinə götürdüyü də qeyd olunub. A. Bastrıkin ona istintaqın gedişatı barədə operativ rejimdə məruzə olunmağı tapşırıb. İstintaq Komitəsinin sədri Zəhra Rzayevanın  uzun müddət küçədə böyüklərin nəzarəti olmadan qalması barədə məlumatın diqqətli şəkildə yoxlanılmasının, baş vermiş faciənin bütün səbəblərinin müəyyən olunmasını, günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb: "Faciə ilə nəticələnən, uşağın olümünə səbəb olan bu fakt laqeydlilik, qeyri-insanlıq və diqqətsizlikdir".


Xəbərə aid fotolar