Azərbaycan Rusiyadan iki beşvaqonlu qatar alacaq


İqtisadiyyat 18 Fev 2018 22:07:52 262 0

Azərbaycan Rusiyadan iki beşvaqonlu qatar alacaq

İlk qatarın bu ilin mart ayında Bakıya gətirilməsi planlaşdırılır

"Metrovaqonmaş" MMC ("Transmaşholdinq" QSC-nin tərkibinə daxildir) və "Bakı Metropoliteni" QSC arasında "81-765/766" modelli iki beşvaqonlu qatarın Azərbaycana tədarükünə dair müqavilə imzalanıb.

“Report” xəbər verir ki, bu barədə "Transmaşholdinq"in Xarici Əlaqələr Müdirliyi məlumat yayıb.

Bildirilir ki, hər bir qatarda iki baş və üç aralıq mühərrikli vaqon olacaq. Onların istifadə müddəti 31 ildir.

İlk qatarın cari ilin mart ayında Bakıya gətirilməsi nəzərdə tutulub.