Ən faydalı 10 meyvə ilə tanış olun


Digərləri 18 Fev 2018 22:04:00 326 0

Ən faydalı 10 meyvə ilə tanış olun

Ən faydalı 10 meyvənin siyahısını təqdim edirik

Türkiyənin "Hürriyet" qəzetinin köşə yazarı Osman Mütfüoğlu sağlamlığa faydalı olan 10 meyvədən yazıb. Osman Müftüoğlu ümumiyyətlə meyvələrin hamısının faydalı olduğunu bildirib. O meyvələrdəki fruktozanın çox faydalı olduğunu yazıb və lazımi miqdarda yeyildikdə onların sağlamlıq üçün əvəzsiz olduğunu bildirib.

Son.az Sputnik Azərbaycan-a istinadən Azərbaycan Müftüoğlunun siyahısını təqdim edir:

1. Qreypfrut Tropik meyvələrin hər biri sağlamlığa faydalıdır. Amma qreypfurt diğərlərinə görə bir az fərqlidir. Vitamin və mineral baxımdan zəngin olmasından əlavə qreypfurtun insulinin normal miqdara gətirilməsi və çəkinin normallaşdırılması baxımından da ciddi faydası var. Qreypfurt qəbulu böyrək daşlarının əmələ gəlməsinin qarşısının alınmasında, xolesterol səviyyəsinin balanslaşdırılmasında, iştahın təşviq edilməsində də işə yarayır. Xüsusən səhər yeməyində yarım qreypfurt sağlamlığa faydalıdır.

2. Alma Alma güclü bir vitamin, mineral və antioksidant qaynağıdır. Tərkibində bol miqdarda C, K və bəzi B vitaminləri var. Ayrıca çox önəmli bir antioksidant olan kuvarsetin də almanın tərkibində çoxdur. Kuvarsetin özəlliklə almanın qabıq hissəsində boldur. Bu səbəbdən yaxşı yuyulmuş almanı qabığı ilə birgə yemək daha faydalıdır.

Toyuq bulyonu CC0 / CEGOH Toyuq bulyonunun bilmədiyiniz faydaları Daha bir önəmli kimyəvi maddə olan pektin də almada boldur. Pektin xərçəng xəstəliyinə qarşı çox güclü bir vasitədir.

3. Limon Limon bilinən ən güclü C vitamini qaynaqlarından biridir. Limon suyu böyrək daşlarının qarşısının alınması və müalicəsində təsirlidir.

Digər tərəfdən limonu bir stəkan ilıq suya sıxıb içsəniz qanın tərkibin normallaşmasında, ürəyin sağlam olmasında işə yarayır. Bəzi araşdırmalara görə çəkinin artmasına qarşı da faydalıdır.

4. Nar Nar çox güclü bir antioksidantdır. Digər tərəfdən dənəsindəki omeqa-5 yağı da mükəmməl bir təbii dərmandır. Narın vitamin və mineral gücü də olduqca çoxdur.

5. Qarpız Qarpız A və C vitaminleri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.

Əzvay CC0 / SPENCERWİNG Üç min il əvvəl kəşf edilən möcüzəvi bitkinin faydaları 6. Zeytun Zeytunun tərkibindəki maye ən faydalı yağdır. Ürək xəstəliklərindən qorunmaqda, xroniki iltihabların qarşısının alınmasında, başda döş xərçəngi olmaqla bəzi xərçəng növləri ilə mübarizədə çox əhəmiyyətli rol oynayır.

Zeytunun tərkbində sadəcə zeytun yağı yoxdur. Orada bəzi güclü antioksidandlar da var. Özellikle qara zeytun mükəmməl bir antioksidant anbarıdır. Zeytun dəmir, kalsium və E vitaminini ilə də zəngindir.