Mark Zuckerberg pul itirdiyinə görə narahat deyil


Digərləri 18 Fev 2018 21:40:00 303 0

Mark Zuckerberg pul itirdiyinə görə narahat deyil

İri sosial platformalardan biri olan "Facebook" istifadəçilərin saytda daha az vaxt keçirdiyinin fərqinə varıb.

Son.az facemark.az-a istinadən bildirir ki, səbəb isə platformada alqoritmin dəyişdirilməsi və şirkətin qohum, dost postlarına istifadəçilərin daha asan əlçatanlığını artırmaq istəyi, brend və KİV məhsullarının saytda daha az görünməsi səbəb olub.

Güman edilir ki, yeni alqoritm itirilmiş balansın bərpasına, ünsiyyəti daha mənalı etməyə və insanların sağlamlığına, onların yalnızlıqdan qurtarmağa kömək olacaq. Yeni alqoritm hesabına platformada istifadəçilərin keçirdikləri vaxt 50 milyon saat azalıb.

Şirkətin başçısı və baş direktoru Mark Zuckerberg is bu məsələdə qorxulu nəsə görmür. Onun sözlərinə görə, cəmiyyətdəki insanlar və biznes uzunmüddətli perspektivdə qazanclı çıxacaqlar. Şirkət əmin olmaq istəyir ki, istifadəçilər platformada faydalı zaman keçirdirlər. Bu səbəbdən dolayı "Facebook" "Facebook Watch" xidmətini işə salır. Şirkət platformanı uzunmüddətli video-kontent ilə təmin edəcək bloggerləri prosesə qoşacaq. Şirkət güman edir ki, bununla istifadəçiləri daha uzun müddət saytda saxlaya biləyəcəklər.