Hökümət və XİN mənsubları küçədə cırmaqlaşdılar FOTO


Digərləri 18 Fev 2018 21:41:00 280 0

Hökümət və XİN mənsubları küçədə cırmaqlaşdılar  FOTO

İnternet istifadəçiləri bu günlərdə Londonda baş vermiş kuyoz hadisəni müzakirə edirlər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İngiltərə hökumətinin və Xarici İşlər Nazirliyinin pişikləri arasında dava baş verib. Küçədə baş verən "razborka" Xarici İşlər Nazirliyinin pişiyi olan Palmerstonun qələbəsi ilə başa çatıb. Hökumətin pişiyi Larri isə boyunduruğunu hadisə yerində ataraq qaçıb.

Hadisə Twitter istifadəçiləri tərəfindən geniş işıqlandırılıb. Hadisəyə "Dauninq stritdə faciə" adı verilib. "Deyəsən Xarici İşlər Nazirliyinin baş nazirlə paroblemləri var, ona görə də pişiyi məsələni həll etmək üçün göndəriblər" - istifadəçilərdən biri yazıb.


Xəbərə aid fotolar