Vegetarianlıq insanları məhvə aparan təhlükədir


Digərləri 18 Fev 2018 21:33:00 286 0

Vegetarianlıq insanları məhvə aparan təhlükədir

Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır

Yeni tədqiqatlara görə, süd məhsullarından imtina etmək intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Heç kimə sirr deyil ki, getdikcə ağartı məmulatlarından imtina edənlərin, vegetarian qidalanma üsulunu tərcih edənlərin sayı getdikcə artır. Belə olan halda da ortaya ciddi bir problem çıxır. Və mütəxəssislər də haqlı olaraq bu vəziyyətdən, xüsusilə də vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar.

Bundan narahat olan mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı belə anada yod çatışmazlığı bətnində daşıdığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Diyetoloq Helen Bond bildirir ki, getdikcə gənclərin çoxu bitki pəhrizini seçir. Bəziləri ekologiyanı, bəziləri isə tibbin əks-göstəricilərini düşünərək süd məhsullarından imtina edirlər. Bu da doğru hal deyil.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, suallara endokrinoloq Fərhad Burzu belə aydınlıq gətirib: "Bizim yod mənbəyimiz heyvan mənşəli yox, bitki mənşəli qidalardır. Xurma, gül kələm, qırmızı kələm və digər bitkilər orqanizmimizin yod mənbəyidir. Bədənin qəbul etdiyi bütün zülal maddələri, məsələn: dəmir, bəzi amin turşular, vardır ki, onları heyvan mənşəli qidalardan alırıq. Uzun müddət vegetarian həyatı sürən insanlarda mineral, dəmir çatışmazlığı müşahidə olunur. Ona görə də vegetarian həyat tərzi sürmək çox da məsləhətli deyil".

"Uzun illər öncə yod çatışmazlığı həmin regionun iqlim və təbii xüsusiyyətlərinə, bitən qidaların tərkibinə görə də olurdu. Hazırda, yəni müasir dövrdə istənilən mövsümdə bir çox məhsulun tapılması mümkün olduğu üçün bu, qaydanı pozur. Bir sözlə, sağlam qidalanmaq, ət və süd məhsullarından da istifadə etmək lazımdır" - deyə həkim əlavə edib.