Bu qidalar kokəlmənin qarşısını alır


Digərləri 18 Fev 2018 21:05:00 242 0

Bu qidalar kokəlmənin qarşısını alır

Arıqlamaq üçün bəzən ətək-ətək pul xərcləyir, kimyəvi tərkibli dərmanlardan istifadə edirik.

Son.az medicina.az-a istinadən bildirir ki, əslində isə əl altında olan bu qidalardan mütəmadi istifadə etməklə orqanizmimizdə yığılan artıq piyləri asanlıqla əridə bilərik. Bu həm təbii olar həm də sərfəli.   1. Qreypfrut - mütəmadi istifadə etdikdə (gündə 150 q.) 2 həftəyə 2 kilo arıqlatmaq qabiliyyətinə malikdir. 2. Yaşıl çay - asiyalı diyetoloqlar gündə 4 stəkan yaşıl çay içməyi məsləhət görürlər. Bu piyləri əritməyə kömək edir. 3. Acı qidalar, əsasən də ədviyyatlar: üyüdülmüş qara istiot, xardal, qıtıqotu. Məsələn çili bibərləri yeməyi bitirdikdən 20 dəqiqə sonra artıq kaloriləri yandırır. 4. Yağsız süd məhsulları - kalsitriol hormonunun əmələ gəlmə prosesisini sürətləndirir. Buhormon daha çox yağ yandırmağa xidmət edir. 5. Darçın - bir çay qaşığı darçın qanda şəkərin səviyyəsinin enməsinə səbəb olur. Artıq karbohidratlarınqana sovrulmasının qarşısını alır. 6. Su -artıq çəkisini atmaq stəyənlər gün ərzində istədikləri qədər su içə bilərlər. 7. Zülal tərkibli ərzaqlar - zülal qəbulu zamanı artıq kalorilər yanır. Bununla da yağlar tez bir zamanda əriyir.