Allahın yanında ən fəzilətli məqam


Digərləri 18 Fev 2018 21:10:00 337 0

Allahın yanında ən fəzilətli məqam

Əbdülhəmid ibn Nəsr İmam Sadiqin (ə) belə buyruduğunu nəql edir: "İtaətini Allahın vacib buyurduğu İmamı (ə) inkar edirlər. Allaha and olsun, yer üzündə (İlahi İmama) itaətin vacib olmasından daha əzəmətli bir məqam yoxdur. Bir vaxtlar vardı ki, İbrahimə (ə) Allahın əmrləri nazil olurdu, ancaq o, hələ də itaəti vacib olan şəxs (İmam) deyildi. Ta ki, Uca Allahı ona lütf göstərərək və əzəmət bəxş edərək buyurdu: "Səni insanlara imam təyin edəcəyəm".

Son.az deyerler.org-a istinadən bildirir ki, İbrahim (ə) bu məqamdakı fəziləti bildi və "Nəslimdən necə?" deyə soruşdu.

Uca Allah da "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar" - deyə buyurdu".

İmam Sadiq (ə) ardınca buyurdu: "Yəni, imamət sənin nəslində olacaq, başqa nəsildə deyil"".