Bakı metrosu yeni qatarlar alır


Digərləri 18 Fev 2018 20:44:00 283 0

Bakı metrosu yeni qatarlar alır

Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti "81-765/766" modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin daxil olduğu "Transmaşholdinq" (TMH) bildiriblər.

"Hər qatarda iki baş və üç mühərrikli aralıq vaqon var. Vaqonların hesablanmış xidmət müddəti 31 il təşkil edir", - deyə, məlumatda bildirilir. İlk qatarların mart ayında Bakıya gətiriləcəyi gözlənilir, müqavilə 2018-ci il ərzində icra olunmalıdır.