Xərçəng genləri qadına ata vasitəsilə


Digərləri 18 Fev 2018 20:46:00 263 0

Xərçəng genləri qadına ata vasitəsilə

Amerikalı alimlər hesab edirlər ki, onlar qıza ata vaitəsilə ötürülən, yumurtalıq xərçəngini inkişaf etdirən riski yüksəldən gen mutasiyasını (dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması) aşkar etməyə nail olublar.

Aşkar edilən genetik növün daşıyıcısı X xromosomudur. Bu mutasiya qadınların analiz verə biləcəyi artıq məlum xərçəng genlərinin inkişafına meylli olanların siyahısında yoxdur.

Lakin ekspertlərin fikrincə, müəyyən edilmiş genin hərəkətini təsdiqləmək üçün növbəti tədqiqatlara ehtiyac var.

Bu kəşf PLoS Genetics elmi jurnalında dərc edilib.

Ailə riski

Hazirda nəslində xərçəng xəstələyinə yaxalanan insanlar olan qadınlar BRCA geninin müayinəsindən keçməlidirlər. Bu gen sinə və ya yumurta xərçənginin inkişafı riskini əhəmiyyətli dərəcədə artırır.

Məsələn, Angelina Jolie-yə BRCA1 geni anasından miras qalıb. Həkimlər onun sinə xərçənginə yaxalanmaq riskinin 87%, yumurtalıq xərçənginə yaxalanmaq riskinin 50% olduğunu aşkar etdikdən sonra Hollywood ulduzu profilaktik əməliyyatlar keçirmək qərarına gəlir.

Və aktrisa sinəsini və yumurtalıqlarını ləğv edir.

Lakin tədqiqatçılar hesab edirlər ki, digər başqa çoxlu hallar da ola bilər - ilk baxışda təsadüfi yaranan yumurtalıq xərçəngi əslində genetik irsi xarakter daşıyır.

Bəzi hallarda qızlar genetik uyğunluğu onlara atadan ötürülən X xromosomu vasitəsilə əldə edirlər. Kişilər öz qızlarına yalnız X xromosomunu ötürürlər. Həkim Kevin Eng və onun Roswell Park Xərçəng İnstitutundan olan həmkarları atanın X xromosomunda yerləşən MAGEC3 adlı şübhəli genə diqqəti yönəldiblər.

Atadan (ata tərəfindən nənə vasitəsilə) irsən keçən genlərlə əlaqəsi olan yumurtalıq xərçəngi ana genləri ilə əlaqəsi olanlardan daha erkən yaşlarda inkişaf edib.

Alimlər həmçinin qadınlarda bu xəstəliyin inkişafı ilə atalar və oğullarda prostat vəzinin xərçəngnin daha yüksək göstəriciləri arasında əlaqəni aşkar ediblər.