Ağdaşda bir ailənin içərisində olduğu maşın su kanalına düşüb


Sosial 18 Fev 2018 20:36:27 297 0

Ağdaşda bir ailənin içərisində olduğu maşın su kanalına düşüb

Ana və körpə övladı xilas edilsə də, kişini çıxartmaq mümkün olmayıb

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı maşında bir ailənin üç üzvü olub.

Hadisə zamanı ana və övladı - 1999-cü il təvəllüdlü Hümbətzadə Məsumə Bəhruz qızı və 2017-ci il təvəllüdlü övladı Hümbətzadə Selcan Oruc qızı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Maşını idarə edən ailə başçısı Hümbətzadə Orucu sudan çıxartmağın mümkün olmadığı bildirilir.