XaçmazQuba yolunda ağır qəza: 2 ölü, 3 yaralı


Digərləri 18 Fev 2018 20:38:00 247 0

XaçmazQuba yolunda ağır qəza: 2 ölü, 3 yaralı

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ" markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.