Ən çox smartfon satan şirkətlərin adı açıqlandı


Digərləri 18 Fev 2018 20:40:00 285 0

Ən çox smartfon satan şirkətlərin adı açıqlandı

Qlobal smartfon bazarı 0,1% azalıb. Bu rəqəm əhəmiyyətsiz görünə bilər, amma 10 il ərzində ilk dəfədir ki, bu cür azalma qeydə alınır. Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə IDC ekspertlərinin qlobal smartfon bazarının tədqiqatına dair apardıqları araşdırmanın nəticələrində qeyd edilib. Alıcılar əvvəlki nəslin daha ucuz modellərinə üstünlük veriblər və ya büdcə modellərini seçiblər. Ötən il dünya üzrə 1,47 milyon ədəd smartfon satılıb. Mütəxəssislər ən böyük azalmanı isə ötən ilin 4-cü rübündə müşahidə ediblər. Ötən ilin son üç ayı ərzində 403,5 milyon ədəd smartfon satılıb, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azalma deməkdir. 2016-cı ildə ən səmərəli aylar isə həmin 4-cü rüb idi. Analtiklərin fikrincə bu onunla bağlıdır ki, insanlar Yeni il və Milad günündə bir-birilərinə smartfon hədiyyə edirlər. Ötən ilin satışlar üzrə lideri isə "Apple", "Samsung" və "Huawei" olub. Elə buna görə də, onlar nəticələri artırmağa müvəffəq olmayıblar. Satışlarda ən çox azalma isə Çin və ABŞ bazarında müşahidə edilir. Çin bazarında smartfonların satışları 2009-cu ildən bəri ilk dəfə 4,9% azalıb. Keçən ilin 4-cü rübündə isə azalma illik 15,7%-ə qədər böyüyüb. Analtiklər isə düşünür ki, Çinli istehsalçıların yeniləmələri, istehlakçıları məhsulların yeni modellərini almağa məcbur edə bilmir. Bu isə bazarda ümumi yavaşlamaya səbəb olub. Ancaq, əsas oyunçular isə öz mövqeyini möhkəmləndirə biliblər. Ötən il, Çində smartfon bazarının lideri "Huawei" olub. Çatdırılmanın miqdarı isə 90,9 milyon cihaz olub. Bazar payı isə 2016-cı ildən 16,4%-dən 20,4%-ə qədər artıb. İkinci yeri - "Oppo" tutub, bazar payı 16,8%-dən 18,1%-ə dək artıb. 3-cü yerdə isə "Vivo", 4-də isə "Xiaomi" yer alıb. "Apple" isə 9,3% bazar payı ilə TOP5-likdə qərarlaşıb.