Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısında
Digərləri 18 Fev 2018 20:21:00 228 0
Bakının Nəsimi rayonunun bir qrup sakini redaksiyamıza müraciət edərək, onların yaşadığı binaların barəsində Nazirlər Kabineti tərəfindən söküntü qərarı çıxarılmış binaların siyahısına daxil olub-olmamasını aydınlaşdırmağı xahiş ediblər.
Son.az virtualaz.org-a istinadən bildirir ki, Nəsimi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən binalar siyahıya daxil deyil, "lakin bu o demək deyil ki, onlar sökülə bilməz". Əməkdaşımızın "Necə yəni?" sualı bu cür cavablandırılıb: "Əgər həmin binalar qəzalı vəziyyətdə olan binalarla eyni məhllədədirlərsə, şəhərsalma normalarına əsasən, sökülə bilərlər".
Bu izahat şübhəli göründüyü üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik.
Komitənin tikintiyə nəzarət şöbəsinin rəisi Əmiraslan Həsənov bildirdi ki, əgər Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən, məhəllənin bu və ya digər binası qəzalı hesab edilibsə, bütün məhəllə yenidən qurulur.
Mənbə: milli.az