İnsan; düşünən bir primat növü


Digərləri 18 Fev 2018 20:25:00 322 0

İnsan; düşünən bir primat növü

İnsan niyə düşünən bir varlıqdır? Düşünmək nə deməkdir? Düşüncə necə təkamül edib?

Bu əslində başa düşülməyəcək bir fakt deyil. Təkcə lazım olan şey, başdakı düşüncə imicinin silinməsidir. Bizə, düşünmək anlayışını min illərdir elə yeridiblər ki, bizdə çox dərin və xüsusi bir gücü olduğu təəssüratın yaradır. Düşüncə dediyimiz anlayış, beyindəki hüceyrələrə çatan elektrokimyəvi siqnallara verilən biokimyəvi reaksiyaların cəmidir. Yəni əslində bir canlı düşünməz. Düşünmə əməliyyatını edənlər, bu mövzuda xüsusiləşmiş hüceyrələrdi. Hüceyrələr bir yerə gələrək toxumaları və orqanları meydana gətirərlər. Biz bu düşünmək və daha bir çox əhəmiyyətli işləri yerinə yetirən hüceyrələrdən formalaşan orqana beyin deyirik. Beynimizdə milyardlarla sinir hüceyrəsi var. Bu say ağla sığmayacaq qədər çox görünsə də, hüceyrə anlayışından danışıldığı zaman, bizim vərdişlərimizin kənarındakı uzunluq ölçülərinə baxsaq (mikrometr, nanometr) bu böyük ədədlər çox da maraqlı bir hal əks etdirmir.

Son.az yasilelm.com-a istinadən bildirir ki, bədəniniz, xüsusiləşmiş başqa hüceyrə qruplarının vasitəsilə ətrafınızdan məlumat toplayırlar. Göz, qulaq, burun, dəri, dil vasitəsiylə. Ətrafdan gələn məlumatlar elektrokimyəvi təsirlərə (pulse) çevrilərək beyinə ötürülür. Beyində bu daxil olan elektrokimyəvi təsirlərə görə xüsusiləşmiş hüceyrələr vardır və daxil olan təsirin şiddətinə, tipinə, formasına, uzunluğuna, və s. dəyişikliyinə görə hüceyrələr müəyyən biokimyəvi reaksiyaları əmələ gətirirlər.

Məsələn düşünün ki, burnunuza gözəl bir yemək qoxusu gəlir. Əvvəlcə burundakı duyğu sinirləri bunu, qoxunun tipin, növün, kimyəvi xüsusiyyətlərinə görə qəbul edib, buna uyğun və bu qoxunu təyin edəcək siqnallara çevirirlər. Bu elektrokimyəvi sinirlər beynin qəbul edilən hissəsinə ötürülür. Bu hadisə də tamamilə biokimyəvidir və reaksiya hara gedəcəyini bilməz, ancaq onsuz da açar-kilid əlaqələri kimi hər reaksiyanın gedəcəyi yer milyardlarla illik təkamül nəticəsində formalaşmışdı. Hətta bəzən tanınmadığımız təsir qarşısında hisslərimizin qarışması buna görədir. Qəbul edilən hisslərədə bir sıra biokimyəvi reaksiya reallaşır (buna CASCADE deyirik) və bu reaksiyalar nəticəsində bəzi kimyəvi məhsullar əldə edilir. Bu məhsullar da bir çox müxtəlif nəticələr yarada bilir. Bunlardan biri ağzın sulanmasının xəbərdar edilməsidir. Bu da Təbii seçim ilə əldə edilmiş bir xüsusiyyətdir, çünki ağzın əvvəldən sulanması tüpürcək istehsalını artırar və qidanın parçalanmasını asanlaşdırır. Bu yalnızca nümunələrdən biridir.