P vitamini damarları möhkəmləndirir


Digərləri 18 Fev 2018 20:15:00 349 0

P vitamini damarları möhkəmləndirir

P vitamini insan orqanimi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır.

İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir - onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, P vitamini arterial təzyiqinin və ürək ritminin normallaşmasına kömək edir. P vitamini həmçinin göz təzyiqini azaldır.

P vitamini ödün əmələ gəlməsində iştirak edir, bəzi hormonların istehsalına təsir edir, ödemləri azaldır.

P vitamini orqanizmin allergenlərə olan davamlılığını artırır, allergik xəstəliklərin (xüsusilə bronxial astmanın) gedişatını yüngülləşdirir.

P vitamini təsdiq edilmiş antioksidantdır. Bu maddələr orqanizmin hüceyrələrini sərbəst radikalların məhvedici təsirindən qoruyur, qocalma prosesləri ləngidir, immun sisteminə müsbət təsir edir, onkoloji xəstəliklərin inkişafına mane olur.

P vitamini həmçinin mədənin selikli qişasının bərpasını sürətləndirir və bu səbəbdən mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi zamanı çox faydalıdır.