Vəkillər Kollegiyası yeni ünvana köçdü


Digərləri 18 Fev 2018 20:08:00 302 0

Vəkillər Kollegiyası yeni ünvana köçdü

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 19 fevral 2018-ci il tarixdən etibarən fəaliyyətini yeni - Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, yeni inzibati bina öncəkindən fərqli olaraq, müasir standartlara cavab verməklə yanaşı, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün zəruri şəraitə malikdir.