Blockchain nədir sadə dildə


Digərləri 18 Fev 2018 19:35:00 321 0

Blockchain nədir  sadə dildə

Bitcoin-dən sonra Ethereum və digər kriptoların sadə izahatına keçməmişdən öncə, istədim bütün kriptoların özəyi olan BLOCKCHAİN haqqında sadə izah verim ki, bütün bu hay-küyün nədən qaynaqlandığını başa düşəsiniz.

Blockchain nədir?

Əvvəl də izah etdiyim kimi, blockchain mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq backup (surəti) -i alınaraq başqa bir neçə serverdə saxlanıla bilinir. Ancaq, bu məlumatlar bazasına hər zaman kimsə bir nəfər nəzarət edir.

Son.az banco.az-a istinadən bildirir ki, blockchain mövzusunda isə məsələ fərqlidir. Məlumatlar bazası bölünərək, öz kompyuterinə xüsusi proqramı quraşdırmış milyonlarla kompyuterdə yerləşir. Blockchain bu halı ilə qlobal bir kompyuter rolunu oynayır və həmin məlumatlar daim kopyalanaraq daha çox kompyuterin yaddaşında saxlanılır. Torrent - in necə işlədiyini bilirsinizsə, burada da eyni mövzudur, sadəcə musiqi, kino əvəzinə, aparılmış əməliyyatların tarixçəsi qalır yaddaşlarda.

Bəs blockchainin iş prinsipi necədir? Adından da anlaşıldığı kimi Block-lardan ibarət Chain (zəncir) düzülüşü, yəni hər yeni məlumat bloku, zəncirvari olaraq ard-arda düzülür. Bu metod digərlərinindən onunla fərqlənir ki, aparılan hər hansı bir əməliyyatın doğruluğunu (bu blockchainə bağlılığını) təsdiq etmək üçün, ilk blokdan bir-bir yoxlanılaraq, sona gəlinir və yekun blok yaradılaraq zəncirin sonuna əlavə olunur.

Bitcoin blockchainin-də bu tranzaksiyaların taxiçəsi, məbləğ və ünvanlardan ibarət məlumatdır. Fərqli məntiq əsasında qurulmuş blockchainlər də saxlanılan məlumatlar da fərqli ola bilir. Məni hər zaman bir sual maraqlandırırdı; Əgər bitcoin blockchaini yalnız tranzaksiyaların qeydini aparırdısa, o zaman ilk blok nəyin qeydini aparıb və haradan yaranıb? Cavab çox sadədir: ilk blok Genesis blok və ya Sıfırıncı blok deyə adlandırılır.

Genesis blok-da faktiki olaraq heç bir məlumat olmur. Onun yaranma səbəbi yalnız blockchain-in funtamentini qoymaqdır. Bitcoin blockchainin 0 blokunda bu mesaj qoyulmuşdu: "The Times 03/Jan/2009 Chancellor on brink of second bailout for banks."... Həmin bu 0 block mayn olunması nəticəsində ilk 50 btc əmələ gəlmiş və 1-ci block yaranaraq, 0 bloka birləşmişdir. Bundan sonra blocklar yalnız btc transferi nəticəsində yaranaraq, zəncirvari olaraq düzülüb.