Dağıstanda izdihama atəş açıldı,


Dünya 18 Fev 2018 19:37:00 266 0

Dağıstanda izdihama atəş açıldı,

Dağıstanın Kizlyar şəhərində maslenitsa bayramının qeyd olunması zamanı izdihama atəş açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.

Atəşin yerli sakin tərəfindən açıldığı bildirilir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.