Ömrün son anında edilən dua


Digərləri 18 Fev 2018 19:20:00 263 0

Ömrün son anında edilən dua

Nəql edilir: "Peyğəmbərə (s) xəbər verirlər ki, tərəfdaşlarından biri can verir və ölüm ayağındadır. Həzrət (s) bu xəbəri eşidən kimi ayağa qalxır və səhabələri ilə birlikdə onun evinə yollanır.

Həzrət Rəsuli-Əkrəm (s) evə daxil olur və xəstənin yatağının kənarında qərar tutur.

Ancaq xəstə o halda idi ki, Peyğəmbəri (s) eşitmirdi. Çünki can verirdi.

Həzrət Peyğəmbər (s) bu mənzərəni görən zaman narahat olur və üzünü Əzrayilə (ə) tutub buyurur: "Ey Əzrayil! Bu kişiyə fürsət ver, onunla söhbət edim".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrətin (s) Əzrayil (ə) ilə söhbəti bitəndən sonra hamı gördü ki, xəstə yavaş-yavaş özünə gəlir və adi halına dönür.

Həmin kişi gözlərini açır və görür ki, Peyğəmbər (s) kənarında əyləşmişdir və Həzrətə (s) salam verir. Peyğəmbər (s) dodaqlarında təbəssüm ilə ona buyurur: "Nə xəbər? O halda nələri gördün?".

Kişi deyir: "Ey Allahın Rəsulu! Qəribə bir səhnə idi. O halda qaranlıqları görürdüm ki, mənə tərəf gəlir".

Bu kişinin günahları çox idi və ölüm anında qaranlıqlar kimi qarşısında zahir olmuşdu.