Kökəlmənin başqa səbəbləri


Digərləri 18 Fev 2018 19:15:00 326 0

Kökəlmənin başqa səbəbləri

Əksər hallarda insanın çəkisinin artmasının səbəbləri həddən artıq qidalanma və fiziki hərəkətliliyin az olmasıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, lakin bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır - qidalanma dəyişilməyib, fiziki hərəkətlilik normadadır, ancaq çəki artır. Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar çəkinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin "səbəbsiz" artmasını qeyd etmisinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı qalxanvari vəzi hormonları daha az miqdarda ifraz edir. Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərə (o cümlədən, mübadilə proseslərinə) təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi həmçinin mübadilə proseslərini bir qədər zəiflədir və bundan əlavə orqanizmdə artıq mayenin yığılmasına səbəb olur. Bunlar isə bədən çəkisinin artmasına gətirib çıxardır.

- Qadınlarda hormonal pozulma çəkinin artmasına səbəb ola bilər. Belə ki, yumurtalıqların polikistoz sindromu olan qadınların bir çox hissəsi artıq çəkidən əziyyət çəkir. Bu pozulma zamanı qadının orqanizmində kişi hormonları artıq miqdarlarda ifraz olunur. Bu isə tüklənməyə, dəridə səpgilərə, menstruasiyaların pozulmasına, sonsuzluğa səbəb olur.

- Bəzi böyrək və ürək xəstəlikləri zamanı bədəndə artıq maye yığılır. Bu isə çəkinin artmasına səbəb olur.

- Şəkərli diabet piylənmənin əsas səbəblərindən biri sayılır.

Biz bədən çəkisinin artmasına səbəb olan bəzi xəstəliklərə nəzər saldıq. Bədən çəkisinin artmasının digər səbəbləri arasında: