Zəif nüvə qüvvəsi olmadan da kainatda həyat yarana bilər


Digərləri 18 Fev 2018 19:05:00 320 0

Zəif nüvə qüvvəsi olmadan da kainatda həyat yarana bilər

Kainatdakı hissəciklərin qarşılıqlı təsirlərinin çeşidliliyi dörd təməl qarşılıqlı qüvvəyə gətirib çıxarır: cazibə qüvvəsi, elektromaqnetizm, güclü nüvə qüvvəsi (bunun sayəsində atomların nüvəsi stabil olaraq qalır) və zəif nüvə qüvvəsi (radioaktiv parçalanmaya və neytronların proton, elektron və neytrinlərə çevrilməsinə cavabdehdir). Əgər fərqli fizika qanunlarının işlədiyi çoxlu kainatlar hipotezi doğrudursa, bu o deməkdir ki, başqa kainatlar bu və ya istənilən digər fundamental qüvvədən bütövlüklə məhrum olmuş ola bilər.

Son.az yasilelm.com-a istinadən bildirir ki, hesablamalar göstərir ki, belə kainatların heç də hamısı stabil ola bilməyəcək və stabillik qazanmış kainatların heç də hər birisində ulduzlar meydana gəlməyəcək. Bizim dünyamızı idarə edən fiziki qüvvələr multikainat sferasında çox nadir və unikal hadisə ola bilər ki, bütün bunlar kainatımızda həyatın müxtəlif formalarının inkişafı üçün münbit şərait təmin edir. Bunun ən bariz nümunəsi bizlər, Yer planetində yaşayan canlılardır və beləliklə bu həyatın yarana bilmə potensialının fərqli nümunələrini digər planetlərdə də axtarmaqdayıq. Son nəzəri işlər isə göstərir ki, bunun mövcud olması üçün zəif nüvə qüvvəsi heç də lazımi hesab olunmamalıdır.

Hələ 2006-cı ildə Stenford universiteti alimləri zəif nüvə qüvvəsi olmayan kainatın mövcudluğunu davam etdirməsi və kifayət qədər stabil qala bilməsinin mümkünlüyünü təsdiq etmişdilər. Bu sahədə aparılmış son araşdırmanın müəllifləri isə belə bir kainatın nəinki mövcudluğu, orada ulduzlar kimi obyektlər, ağır elementlər və perspektivdə hətta həyatın da meydana gələ bilməsini dəstəkləyən nəticələr əldə etdiklərini qeyd edirlər.

Miçiqan universitetini təmsil edən Fred Adams öz həmkarları ilə birlikdə zəif nüvə qüvvəsindən məhrum olan Böyük partlayış və kainatın yaranması simulyasiyasını nümayiş etdirib. Bizim kainat məhz bunun sayəsində, əsasən neytronların beta-parçalanmasıdan qalmış hidrogen atomunun nüvəsi olan protondan ibarətdir. Ulduzların nüvəsində onlar termonüvə reaksiyalarına girərək, daha ağır elementləri yaradırlar ki, bunlar da öz növbəsində bütün kainata yayılıb, buranı ulduzlar, planetlər və ən əsası həyatın formalaşması üçün lazımi materialla zənginləşdirirlər.