Şəmkirdə 22 yaşlı qadın döyülərək xəsarət alıb


Sosial 18 Fev 2018 18:46:28 276 0

Şəmkirdə 22 yaşlı qadın döyülərək xəsarət alıb

Türkan adlı qadının vəziyyəti hazırda qənaətbəxşdir

Şəmkir şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəmkir şəhər sakini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Türkan adlı qadının vəziyyəti hazırda qənaətbəxşdir. Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.