"Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!"


Dünya 18 Fev 2018 17:39:10 273 0

"Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni terrorçuların "Asala" terror təşkilatının timsalında xarici dəstəkdən məhrum olacağı halda PKK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-nin də ömrünün qısa müddətdə başa çatacağını bəyan edib. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün sədri olduğu  hakim Ədalət və İnkişaf Partiyasının Ankara rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, bir zaman Türkiyənin diplomatlarına sui-qəsd təşkil edən bir terror təşkilatı sonra səssiz-sədasız yoxa çıxıb.

R. T. Ərdoğan deyib ki, yetər ki, biriləri, terrorçuların himayəçiləri əl-ayağa dolaşmasın: "Yetər ki, bu terrorçular Avropada, başqa ölkələrdə sərbəst olmasın. Xarici himayədən məhrum olan terror təşkilatı qısa müddətdə yox olacaq. Biz terrorçuları bu ölkələrə təslim edirik. Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!"