Vannada selfi çəkmək istədi, "tok" vurub öldürdü


Dünya 18 Fev 2018 17:44:33 304 0

Vannada selfi çəkmək istədi, "tok" vurub öldürdü

Rusiyada 42 yaşlı qadın vanna qəbul edərkən selfi çəkmək istəyərkən dünyasını dəyişib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Moskva şəhərində qeydə alınıb.

Yerli mətbuatın yazdığına görə, o, vannada olarkən elektrik şəbəkəsinə qoşulu olan telefonla şelfi çəkmək istəyib. Lakin ehtiyatsız davranaraq telefonu əlindən düşürüb. Suya düşən telefon qadını elektrik cərəyanının qurbanına çevirib.