Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində konsert keçirilib (FOTO)


Digərləri 18 Fev 2018 17:06:26 226 0

Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası”adlı konsert keçirilib

Bakı. Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası”adlı konsert keçirilib. Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib. "Aşıq sənətini bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq oradan yenə Ələsgər zirvəsi görünür". Bu fikirlər XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından biri olan Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş “Ələsgərin saz-söz dünyası” adlı tədbirdə səsləndirilib. Qeyd edək ki, layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.