PKKnın cəsəd ticarəti:


Dünya 18 Fev 2018 16:56:53 323 0

PKKnın cəsəd ticarəti:

Amerikanın bombardımanla xarabaya çevirdiyi Raqqa şəhəri bugünlərdə cəsəd ticarətinə səhnə olur. Yüzdə 87 faizi xaraba olan qədim şəhərin dağıntıları altında minlərcə sivil vətəndaşların cəsədləri var.

Pressclub.az Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən bildirir ki, qətliamı fürsətə çevirən PKK terrorçuları bombardımanda evlərinin, iş yerlərinin dağıntıları altında qalaraq can verən raqqalıların ailələrini taparaq onlardan pul istəyir. Dağıntılardan çıxaracaqları hər cəsədə görə milyonlarca Suriya pulu tələb edən terrorçular acılı ailələrə "sümükləri təhlükəsiz şəkildə basdırmaq" vədi verir. "Yeni Şafak" raqqalı köməksiz ailələrlə reportaj hazırlayıb. Acılı ailələr, hələ ki, heç bir sivil vətəndaşın getməsinə izn verilməyən Raqqada PKK-ABŞ ittifaqının çirkli üzünü və davam edən cəsəd ticarətini anladıb.

3 min adam dağıntılar altında qalıb

Raqqada hazırda 3 mindən çox cəsədin dağıntılar altında olduğu təxmin edilir. PKK-nın dəfn qarşılığında çoxlu pul istədiyi adların başında 67 yaşlı suriyalı tanınmış həkim Kays Seyid Əhməd gəlir. "Doktor Əhməd"in qardaşı Kahtan Əhməd qardaşının nəşinin dəfni üçün PKK-nın 4,5 milyon Suriya pulu istədiyini söyləyib. Hazırda 4-5 milyon Suriya pulu isə 100 min Türkiyə lirəsinə, təxminən 45 min Azərbaycan manatına bərabərdi. Müharibənin davam etdiyi Suriyada hazırda 600-700 min Suriya puluna yaxşı bir ev alına bilər.