Rusiyada yanğında ölən azərbaycanlıların sayı


Dünya 18 Fev 2018 15:39:39 218 0

Rusiyada yanğında ölən azərbaycanlıların sayı

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.

Son.az bildirir ki, bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.