Fransalı müdafiəçi mövsümü erkən bitirmək təhlükəsi qarşısındadır


İdman 18 Fev 2018 15:12:00 303 0

Fransalı müdafiəçi mövsümü erkən bitirmək təhlükəsi qarşısındadır

"Everton"un qışda "Manchester City"dən icarəyə götürdüyü Elyakim Manqala mövsümü erkən başa vura bilər. Goal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Premyer Liqanın 27-ci turunda "Crystal Palace"lə oyunda (3:1) zədələnib. Həkimlər onun diz bağlarında problem meydana gəlməsindən ehtiyat edirlər. Manqala bu mövsüm bir daha oynamayacağı təqdirdə "Manchester City"nin düşərgəsinə qayıdacaq.