Azərbaycan Prezidenti İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib


Siyasət 18 Fev 2018 14:57:13 212 0

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

İlham Əliyev: Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!