PSG-nin müdafiəçisi 40 il öncəki göstəriciyə çatdı


İdman 18 Fev 2018 14:30:00 270 0

PSG-nin müdafiəçisi 40 il öncəki göstəriciyə çatdı

PSG Fransa Liqasının 26-cı turunda "Strasbourg"a çətinlik çəkmədən qalib gəlib - 5:2. Goal.az xəbər verir ki, bu oyun komandanın kapitanı Tyaqo Silva üçün 150-ci liqa oyunu olub. Braziliyalı müdafiəçi bütün oyunlarını PSG forması ilə keçirib. 33 yaşlı Silva oyunların 72.5 %-də qalib gəlib. Analoji göstərici çempionatda bu oyun həddinə çatmış futbolçular arasında 40 il ərzində təkrarlanmamışdı.

Qeyd edək ki, Silva yubiley matçının 68-ci dəqiqəsində sarı vərəqə alıb. Ondan başqa Paris klubunda Daniel Alveş də hakim tərəfindən cəzalandırılıb.